08.05.2018

"Şuşasız 26 il" adlı tədbir keçirilib

Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin işğal olunmasının 26-ci ildönümü ilə əlaqədar "Şuşasız 26 il" adlı tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səslənməsi ilə açıq elan edilib. Əvvəlcə tədbir iştirakşılarına Şuşa haqqında video çarx nümayiş olunub. Çıxışçılar Azərbaycanın dilbər guşəsi olan Şuşanın işğal tarixi, ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumat veriblər. Bildirilib ki, erməni qəsbkarları zaman-zaman insanlığa sığmayan soyqırımı, etnik təmizləmə, terror siyasəti həyata keçiriblər. 1992-ci il may ayının 8-də Azərbaycanın musiqi, mədəniyyət ocağı sayılan Şuşa şəhərinin yerlə-yeksan edilməsi, mədəniyyət abidələrimizin məhv edilməsi ermənilərin Azərbaycan xalqına qarşı mənfur siyasətinin nəticəsidir.

Daha sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, səhnəciklər göstəriblər.


Açar sözlər: ,  ,