16.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Mayın 16-da Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərinin əl işlərindən ibarət "Cümhuriyyət - 100" adlı rəsm sərgisinə baxış keçiriliblər.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən sənədli film nümayiş olunub. İştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, mahnı və şerlərdən ibarət kompozisiyalar təqdim olunub.

Sonda məktəbin şagirdləri köynəklərində  əks olunmuş hərf və rəqəmləri birləşdirərək “CÜMHURİYYƏT 100” təsvirini yaradıblar.