22.05.2018

“Kimya-biologiya fənn aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib

Mayın 21-də Abşeron Rayon Təhsil Şöbəsini təşkilatçılığı ilə “Kimya-biologiya fənn aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron İcra Hakimiyyətinin nümayəndələri, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Əvvəlcə iştirakçılar foyedə şagirdlərin əl işlərindən ibarət olunmuş sərgi ilə tanış olublar.

Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən aylığın rəsmi hissəsi Dövlət himninin səslənməsi ilə başlanıb.

Daha sonra aylıq çərçivəsində rayon ümumtəhsil məktəblərində görülmüş işlərə dair arayış dinlənilib. Qeyd olunub ki, aylıq müddətində fənn müəllimləri “Açıq dərs”lər təqdim edib, şagirdlər fənn bülletenləri ə divar qəzetləri hazırlayıb, məktəblərdə sərgilər təşkil olunub, kimya-biologiya guşələri yaradılıb, bilik yarışmaları və viktorinalar keçirilib. Həmçinin şagirdlərin Zoologiya muzeyinə, Zooloji parka, Polietilen zavoduna, Üzümçülük və ELMİ-Tədqiqat Genetika institutuna, Nəbatət bağına, ekskursiyaları təşkil olunmuşdur.

Təhsil şöbəsini müdiri Nazilə Məmmədova çıxış edərək, fənn aylıqlarının əhəmiyyətindən söz açıb. Bildirib ki, aylıqların keçirilməsində əsas məqsəd istedadlı və bacarıqlı şagirdləri aşkar etmək, şagirdlərin fənnə olan marağını artırmaq və qabaqcıl müəllimlərin iş təcrübəsini yaymaqdır.

Tədbirdə həmçinin aylıq ərzində fəallıq göstərmiş şagird və müəllimlərə fəxri fərmanlar, diplomlar təqdim edilib.

Tədbir şagirdlərin hazırladıqları musiqili ədəbi-bədii kompozisiya ilə davam edib.


Açar sözlər: ,  ,