31.05.2018

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və ibtidai sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Yusifova uşaqları təbrik edib, dövlətin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, uşaqların problemlərinin həlli istiqamətində ölkədə və Abşeron rayonunda görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.

Daha sonra tədbir məktəbin rus bölməsinin ibtidai sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.


Açar sözlər: ,  ,