04.06.2018

“Uşaqlara qarşı şiddətə yox deyək!”

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlara qarşı şiddətə yox deyək!” adlı layihə həyata keçiriblər. Şagirdlər layihə çərçivəsində “Böyüklərə məktub” adlı broşür hazırlayaraq onları Xırdalan şəhərinin sakinlərinə paylayıblar.

Şagirdlər layihə haqqında fikirlərini bizimlə bölüşüblər: “Günümüzdə valideynlərin uşaqlara qarşı kobud münasibətilə tez-tez qarşılaşırıq. Təəssüf ki, bir çox valideynlər bunu tərbiyə metodu hesab edərək özlərinə haqq qazandırmağa çalışırlar. Lakin, aparılan araşdırmalar sübut edib ki, uşaqları vuraraq tərbiyə etmək mümkünsüzdür. Bu səbəbdən də biz valideynlərin diqqətini bu mövzuya yönəltməyə çalışdıq”


Açar sözlər: ,  ,