05.06.2018

Şagirdimiz tərifnaməyə layiq görülüb

İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib.

Müsabiqənin nəticələrinə görə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavid İbrahimli tərifnaməyə layiq görülüb.