06.06.2018

Şagirdimiz olimpiadada qalib olub

Mayın 6-da rus dili və ədəbiyyatı üzrə X olimpiadanın yekununa dair mərasim keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər iştirak ediblər.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil olunan olimpiada bu ilin yanvar ayından may ayınadək keçirilib. Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib. Sonda 170 iştirakçı olimpiadanın qalibi olub.

Qalib şagirdlərdən biri Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aydın Fətullayevdir. Qeyd edək ki, Aydın Fətullayev 2017-ci ildə keçirilən rus dili və ədəbiyyatı üzrə IX olimpiada da qalib olub.


Açar sözlər: ,