14.06.2018

Abşeron rayon ümumtəhsil məktəblərində də "Son zəng" tədbirləri keçirilib

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Abşeron rayon ümumtəhsil məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

Tədbirlər təhsil naziri Ceyhun Bayramovun 12 iyun 2018-ci il tarixli F-431 nömrəli əmrinə əsasən hər bir ümumtəhsil məktəbinin ərazisində qeyd olunub.

Tədbirlərdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun digər idarə və təşkilatlarından qonaqlar, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları iştirak ediblər.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində Abşeron rayon ümumtəhsil məktəblərinin XI siniflərini 2207 nəfər şagird bitirəcək. 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz isə 6900 nəfərdir.