21.09.2018

Beynəlxalq Sülh günü münasibətilə  tədbirlər keçirilib

Sentyabrın 21-də Abşeron məktəblərində Beynəlxalq Sülh günü münasibətilə  tədbirlər keçirilib.

Tədbirin keçirilməsində məqsəd cəmiyyətdə sülhün, təhlükəsizliyin və sabitliyin təbliğ etmək olub.

Təbdirlərdə təhsil şöbəsinin məsul şəxsləri, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər. Çıxışçılar Beynəlxalq Sülh Gününün ölkəmizdə geniş qeyd olunmasının əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın zorla müharibəyə cəlb edilməsinə baxmayaraq, ölkəmizin tolerant, daim sülh tərəfdarı olmasından danışılıb. Qeyd edilib bu gün, həmçinin bütün məktəblərdə sülh dərsləri, müxtəlif müsabiqələr keçirilib.

Daha sonra sülh mövzusuna həsr edilən videomaterialların təqdimatı olub.

Sonda şagirdlər sülhlə bağlı fikirlərini söyləyib, şeirlər danışıblar, çəkdikləri rəsmləri nümayiş etdiriblər.


Açar sözlər: ,  ,