28.09.2018

İcra hakimiyyətinin başçısı qəsəbə məktəbini ziyarət edib

Sentyabrın 28-də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb.

Məktəbin direktoru Çinarə Atayeva təhsil ocağında görülən işlərlə bağlı məlumat verərək bildirib ki, məktəbin bütün sinif otaqları və ayrı-ayrı fənn sinifləri müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Məktəbdə müasir istilik və işıqlandırma sistemlərinin qurulduğunu, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işlərinin görüldüyünü vurğulayan direktor şagirdlərin hazırlıq səviyyəsindən və tədris prosesi haqqında məlumat verib.

Daha sonra icra başçısı dərslərin gedişatı ilə maraqlanıb, sinif otaqlarında yaradılmış şəraitlə tanış olub.


Açar sözlər: ,