17.10.2018

Çörək zavoduna ekskursiya

Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Çörək zavoduna ekskursiyaya gediblər.

Ekskursiyanın əsas məqsədi şagirdləri çörək bişirmə prosesi ilə tanış etmək, şagirdlərdə iqtisadiyyata, təbiətə maraq oyatmaq və sərvətlərdən düzgün istifadə etməyi öyrətmək olub.

Ekskursiya zamanı zavodun əməkdaşları şagirdlərə çörəyin bişirilmə texnologiyası və avadanlıqlar haqqında geniş məlumat verib. Şagirdlər zavodda “Un və un məhsullarının hazırlanması” və “Texniki təhlükəsizlik” mövzuları üzrə məlumatlar əldə edib, müasir çörək bişirmə texnikası ilə tanış olublar.


Açar sözlər: ,