18.10.2018

Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbirlər, konfranslar, “Dəyirmi masa”lar və vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

Tədbirlərdə icra hakimiyyətinin nümayəndələri, təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak ediblər.

Çıxışçılar xalqımızın XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa etməsini əlamətdar tarixi hadisə olduğunu xatırladıb, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətin olduğunu diqqətə çatdiriblar.  Həmçinin, müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişafındakı misilsiz xidmətlərindən danışılıb, müstəqilliyimizin daimi və əbədi olacağı bildirilib.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzularında mahnılar ifa edib, şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,