19.10.2018

Şagirdlərlə görüş keçirilib

Masazır kənd 1 nömrəli tam orta məktəbdə “Peşə təhsilinə marağın artırılması” layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib.

Görüşdə şagirdlərə günün tələbi olan peşələr haqqında geniş məlumatlar verilib, peşə təhsilinin və peşəyə yiyələnməyin əhəmiyyətindən danışılıb.

Bildirilib ki, gənclər peşə məktəblərini seçməklə sevdikləri ixtisas və peşəyə yiyələnərək, peşəkar kadr kimi yetişə bilərlər.


Açar sözlər: ,