22.10.2018

Beynəlxalq Məktəb Kitabxanaları günü qeyd olunub

Abşeron rayon ümumtəhsil məktəblərində Beynəlxalq Məktəb Kitabxanaları günü ilə əlaqədar olaraq “Oxucu günü” keçirilib. Tədbirin keçirilməsində məqsəd şagirdlərin kitaba və kitabxanaya olan münasibətini öyrənmək,  onlarda kitaba, mütaliəyə marağının artırılması olub.

Şagirdlərə Beynəlxalq Məktəb Kitabxanaları gününün tarixi barədə qısa məlumat verilib. Bildirilib ki, kitabı uşaqlara ən yaxşı tanıdan məktəb, bir də onun kitabxanasıdır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür. Bu səbəbdən 1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabrın dördüncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları Günü kimi təsis edilib.


Açar sözlər: ,