23.10.2018

Dama yarışı keçirilib

Oktyabrın 23-də Abşeron şagirdləri arasında XXII Spartakiadanın proqramına daxil olan dama idman növü üzrə yarış keçirilib. Oyun Abşeron Rayon Təhsil Şöbəsi və Abşeron Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı baş tutub. Yarışın keçirilməsində məqsəd şagirdlərdə oyuna həvəs yaratmaq, asudə vaxtlarının səmərəli təşkil olunması və rayon məktəbliləri arasında idman və dostluq əlaqələrinin inkişaf etdirilməsidir.

Qızlar və oğlanlar arasında keçirilən yarışda 32 məktəbdən 60 şagird iştirak edib.

Oyundan əvvəl təhsil şöbəsinin metodisti Aslan Həziyev çıxış edərək iştirakçıları salamlayıb və onlara oyunun qaydalarını başa salıb.

Oyunun sonunda qalib şagirdlərə fəxri fərman təqdim olunub.


Açar sözlər: ,  ,