24.10.2018

Anatomiya müzeyinə ekskursiya

Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Tibb Universiteti nəzdində Anatomiya müzeyinə ekskursiyaya gediblər. Ekskursiyanən məqsədi şagirdləri ixtisas seçimi istiqamətində maariflərndirmək, təbii elmlərinə qarşı maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək olub.

Muzeydə şagirdlər eksponatlarla tanış olub, onlara insanın sümük sistemi, oynaqlar və bağlar, eləcə də əzələ sistemləri, mərkəzi və periferik sinir sistemləri ürək-damar sistemi, düyğu orqanları, daxili sekresiya vəziləri haqqında geniş məlumat verilib.

Bildirilib ki, ATU-da fəaliyyət göstərən bu muzey unikal hesab edilir. Belə ki, dünyada bu cür fəaliyyət göstərən bütün muzeylərin istər sahə baxımından, istərsə də preparat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. Muzeydə saxlanılan təxminən 5000 eksponatdan tədris prosesində istifadə edilir.


Açar sözlər: ,