01.11.2018

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində ölkə üzrə elan edilən “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbirlər, “dəyirmi masa”, treninq-seminarlar təşkil olunub.

“Uşaq hüquqları aylığı”nın keçirilməsinində məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr - Dünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Tədbirlərdə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verilib, uşaq hüquqlarının dövlət tərəfindən müdafiəsi, yetkinlik yaşına çatmayanlar arasında qanunpozmalar haqqında və uşaqların qarşısında duran vəzifələr barədə ətraflı danışılıb.

Şagirdlər uşaq hüquqlarını əks etdirən səhnəciklər və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,