29.10.2018

Zəngilan rayonunun işğal edilməsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Zəngilan rayonunun işğal edilməsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənin aramsız hücumlarına sinə gərən Zəngilan işğala məruz qalan sonuncu rayonumuzdur. Qarabağ müharibəsində 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Bakı–Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Bütün Avropada ən böyük çinar meşəsi bu rayonda idi. İndi ermənilər həmin çinarları doğrayaraq xarici ölkələrə satırlar. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də işğalçılar tərəfindən talan edilir.

Tədbirdlərdə şagirdlərin ifasında vətənpərvər ruhda şeirlər təqdim olunub. Zəngilan haqqında sənədli film nümayiş olunub.


Açar sözlər: ,