05.11.2018

“Məktəblər arası respublika çempionatı”nın rayon mərhələsi keçirilib.

Abşeron rayon ümümtəhsil məktəbləri arasında atletika idman növü üzrə “Məktəblər arası respublika çempionatı”nın rayon mərhələsi keçirilib.

Yarışın ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənnin tədrisinin təkmilləşdirilməsi, idman sahəsində sinifdən xaric və məktəbdənkənar fəaliyyətlərin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsi  məqsədilə keçirilir.

Yarışın atletika üzrə rayon mərhələsində 5-7 sinif şagirdləri iştirak edib. Hər məktəbi hər sinif üzrə 1 qız və 1 oğlan olmaqla, ümumilikdə 6 şagird təmsil edib. Yarış “Olimpiya sisemi” üzrə keçirilib. Qalib gələn məktəb komandası rayonu aprel ayında keçiriləcək zona yarışlarında təmsil edəcək.


Açar sözlər: ,