07.11.2018

"Xəmsə" intellektual oyununun rayon mərhələsi keçirilib

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək olub.

40 komanda arasında keçirilən yarışın sonunda Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin komandası birinci, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin komandası isə ikinci yeri qazanıblar

Sonda qalib komandalar Abşeron Rayon Gənclər və İdman İdarəsinin medal və diplom ilə təltif ediliblər.


Açar sözlər: ,  ,