13.11.2018

Azərbaycan Milli Tarix Muzeyinə ekskursiya

Noyabrın 13-də Saray qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Milli Tarix Muzeyinə ekskursiyaya gediblər. Ekskursiyanın məqsədi Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin milli tariximizi dərindən öyrənməsi və milli-mənəvi dəyərlərimizə hörmət ruhunda formalaşmasıdır.

Şagirdlərə binanın tarixi, eləcə də muzeydə toplanmış və nümayiş olunan Azərbaycan tarixinin bütün dövrlərinə aid ekspozisiyalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu gün muzeyin kitabxanasında, müxtəlif fondlarda Azərbaycan tarixini yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi, tariximizin müxtəlif dövrlərinə aid 80 mindən artıq nadir jurnal, kitab və qəzetlər toplanıb.


Açar sözlər: ,