17.11.2018

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verilib

Noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib.

Abşeron rayon ümumtəhsil müəssisələri də öz növbəsində aksiyaya qoşulub. Belə ki, 500 ağac kolu ümumtəhsil müəssisələrinə çatdırılıb. Noyabrın 17-dən etibarən ümumtəhsil müəssisələrində ağacəkmə aksiyası həyata keçirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.

Bir həftə davam edəcək aksiyada 500 ədəd ağacın əkilməsi nəzərdə tutulur. Aksiya çərçivəsində eldar şamı, küknar, sərv və digər ağac növləri əkiləcək.


Açar sözlər: ,