21.11.2018

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində məktəblilərimizin Gəncə, Şəmkir və Göygöl rayonlarına 3 günlük səfəri başa çatıb.

Layihə çərçivəsində şagirdlərimiz olduqları rayonların tarixi memarlıq abidələri ilə tanış olub, rayonların görməli yerlərini gəziblər.

Şagirdlərimiz həmçinin Gəncə şəhərində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Respublikanın 12 şəhər və rayonları arasında keçirilən "Nə? Harda? Nə zaman?" intellektual oyununda iştirak ediblər.


Açar sözlər: ,