22.11.2018

"Narkomaniyanın Sosial təhlükəliliyi" mövzusunda maarifləndirici tədbirlər keçirilir

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində "Narkomaniyanın sosial təhlükəliliyi" mövzusunda maarifləndirici tədbirlər silsiləsi keçirilir. Tədbirlər Abşeron Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirlərdə çıxışçılar dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışırlar.

Qeyd edilir ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Sonda “Narkomaniyaya “yox” deyək!” adlı video çarx nümayiş olunur. Tədbir məktəblilərin sual-cavabları ilə sona çatır.

 


Açar sözlər: ,  ,