03.12.2018

Müəllimlər arasında olimpiada keçirilib

Dekabrın 1-də “Riyaziyyat fənn aylığı”nın başlaması ilə əlaqədar olaraq rayonun riyaziyyat müəllimləri arasında olimpiada keçirilib.

Olimpiadanın keçirilməsində məqsəd istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, müxtəlif layihələrə cəlb etməklə onların pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdir.

Rayon təhsil şöbəsinin təşəbbüsü ilə keçirilən olimpiada Bakı Mühəndislik Universitetinin riyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə baş tutub. Masazır kənd 5 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada 350-dən çox müəllim iştirak edib.

Olimpiadanın nəticələrinə əsasən ən yüksək bal toplayan müəllimlər müəyyənləşdirilərək mükafatlandırılacaqlar.


Açar sözlər: ,