05.12.2018

Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti ilə görüşlər keçirilir

Abşeron məktəblilərinin Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti ilə görüşləri keçirilir.

Görüşlərin keçirilməsində məqsəd şagirdləri universitetin üstünlükləri barədə məlumatlandırılmasıdır.

Görüşlər çərçivəsində İqtisad Universitetinin yaranma tarixi, tədrisin təşkili, elmi tədqiqatların aparılması, UNEC xarici iqtisadi əlaqələri barədə şagirdlərə məlumat verdi. Həmçinin son illərdə Universitetdə aparılan uğurlu islahatlardan məlumat verilir. Qeyd olunur ki, ADİU “Şərqi Avropa və Mərkəzi Asiya “ regionu üzrə reytinq cədvəlində 161-170 ən yaxşı Universitetləri  arasındadır.

Görüşün sonunda şagirdləri maraqlandıran suallara ətraflı şəkildə cavablar verilir.


Açar sözlər: ,