12.12.2018

Ulu Öndərin anım gününə həsr olunmuş tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəsisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar seminar, konfrans, “Dəyirmi masa”, mühazirə və şeir müsabiqələri təşkil olunub.

Tədbirlərdə təhsil şöbəsinin, rayon icra hakimiyyətinin nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji kollektivləri, şagirdlər və valideynlər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyatı və Azərbaycan xalqına misilsiz xidmətləri barədə geniş və ətraflı məruzə dinlənilib. Ümummilli Lider Heydər Əliyevin xalq qarşısındakı xidmətlərinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında ciddi inkişafa təkan verdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Anım tədbirləri çərçivəsində müəllim və şagird kollektivlərinin Fəxri xiyabana ziyarətləri də təşkil olunub.


Açar sözlər: ,  ,