11.12.2018

“Şöhrət” muzeyinə ekskursiya

Dekabrın 11-də Abşeron rayonunun bir qrup şagirdləri Ulu Öndərin anım günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya ediblər.

Şagirdlər burada ümummilli liderin SSRİ DTK-sında çalışdığı vaxtlardan bəri fəaliyyətinin ən müxtəlif dövrlərini əks etdirən zəngin arxiv materialları, orijinal sənədlər, ulu öndərin xidmət zamanı layiq görüldüyü orden və medallar və digər eksponatlarla tanış olublar.

“Şöhrət” muzeyində həmçinin ulu öndərin həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatlar verilib.

 


Açar sözlər: