11.12.2018

Komandamız I yerə layiq görülüb

Abşeron rayonun qızlardan ibarət voleybol komandası “Məktəblər arası respublika çempionatı”nın zona mərhələsində 10 rayon arasında birinci yerə layiq görülüb. Komandamız rayonu çempionatın respublika mərhələsində təmsil edəcək.

Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı” cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.