08.12.2018

“Tarix-coğrafiya aylığı”na yekun vurulub

Abşeron Rayon Təhsil Şöbəsinin cari tədris ilinin Fəaliyyəf planına əsasən noyabr ayı “Tarix-coğrafiya ayığı” elan edilib.

Fənn aylıqlarının keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənn müəllimlərinin və şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi, təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılmasıdır.

Aylıq çərçivəsində təhsil şöbəsini tabeliyində fəaliyyət göstərən məktəblərdə “Açıq dərslər”, qarşılıqlı dərsdinləmələr keçirilib, divar qəzetləri, bülletenlər, rəsm sərgiləri, albomlar, fənn guşələri təşkil edilib, şagirdlər arasında bilik yarışmaları, viktorinalar, ekskursiyalar və sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirilib. Bununla yanaşı "Ən yaxşı pedaqoji mühazirə” və "Ən yaxşı şagird təqdimatı” nominasiyaları üzrə müsabiqələr təşkil olunub.

Digər illərdən fərqli olaraq 2018-2019-cu tədris ilində fənn aylıqlarının yekunu rayon üzrə deyil 4 zona üzrə təşkil olunub. Keçirilən yekun tədbirlərdə məktəblərin foyesində şagirdlərin əl işərindən ibarət sərgilər nümayiş olunub. Daha sonra fənn müəllimlərinin keçirdikləri nümunəvi dərslər işçi qrupu və məktəb rəhbərləri tərəfindən dinlənilib. Sonda dinlənilmiş dərslər müəllimlərlə birlikdə təhlil edilib, müəllimlərə metodiki tövsiyələr verilib, nominasiyalar üzrə qaliblər elan olunub.


Açar sözlər: ,  ,  ,