27.12.2018

Şagirdimiz IV Qış Elm Festivalında I yerə layiq görülüb

Dekabrın 27-də Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirilib. Festivalın məqsədi gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır.

Universitetin foyesində təşkil edilən festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən “Palimpsest kollaj”, “Ətraf mühitə zərərsiz bioplastika”, “Torpaq sürüşməsinin qarşısının alınması”, “Rəqəmsal hökumət” və s. kimi bir-birindən maraqlı layihələr nümayiş etdirilib. Yarışmaya 100-dən çox layihə təqdim olunub.

Saray qəsəbə 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bayramov Vüsal “Qızılgül” layihəsi ilə İnformatika kateqoriyası üzrə I yerə layiq görülüb.