24.12.2018

"Sağlam bədəndə sağlam ruh" adlı yarışma keçirilib

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə "İbtidai sinif aylığı" çərçivəsində II siniflər arasında "Sağlam bədəndə sağlam ruh" adlı yarışma keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.

Çıxış edənlər bildiriblər ki, idman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. Qeyd olunub ki, idman mənəvi tərbiyənin, etikanın əsasını təşkil edən vasitələrdən biri hesab olunur. O, fiziki və mənəvi tərbiyənin formalaşmasında, sağlamlığın qorunması və bərpası yolunda cəmiyyət üçün "yaşıl işıq” rolunu oynayır.

Daha sonra yarışmaya start verilib, II sinif şagirdləri komandalar şəklidə yarışıblar. Sonda qalib komandalara hədiyyələr təqdim olunub.


Açar sözlər: ,