05.01.2019

“İbtidai sinif və riyaziyyat aylığı”nın yekun vurulub

Yanvarın 5-də Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə “İbtidai sinif və riyaziyyat aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, fənn metodbirləşmə rəhbərləri və rayonun təcrübəli müəllimləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanış olublar. Daha sonra rayonun ibtidai sinif və riyaziyyat müəllimlərinin hazırladıqları nümunəvi dərslər dinlənilib. Dəyirmi masa arxasında davam edən tədbirdə aylıq çərçivəsində görülən işlər barədə hesabatlar oxunub və dinlənilən dərslər müzakirə olunub.


Açar sözlər: ,