08.01.2019

Odlar Yurdu Universitetində ekskursiya

Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Odlar Yurdu Universitetində ekskursiyada olublar.

Şagirdlərin özlərini tələbə kimi hiss etmələri üçün öncə onların hər birinə xatirə olaraq "Tələbə bileti" təqdim edilib. Universitetin mətbuat katibi Günay İmanova şagirdləri fizika, kimya, biologiya laboratoriyaları, eləcə də universitetin kitabxanası ilə tanış edib. Kamera və kompüterlərlə təchiz edilmiş imtahan otağı şagirdlərdə böyük marağa səbəb olub. Daha sonra şagirdlər universitetin "Texno park"ında olan elektron cihazlarla tanış olublar.

Şagirdlər həmçinin, tələbə auditoriyasında ali riyaziyyatdan mühazirə dinləyiblər.


Açar sözlər: ,  ,