29.01.2019

Hərb Tarixi Muzeyinə ekskursiya

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyanın əsas məqsədi şagirdlərdə hərbi vətənpərvərlik hissini gücləndirmək, tariximiz haqqında ətraflı məlumat vermək olub.

Şagirdlər muzeydə Azərbaycan Ordusunun yaranması və inkişafı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri ilə də tanış olublar. Şagirdlərə həmçinin Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verdiyi məlumat verilib.

Sonda şagirdlər Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət ediblər.


Açar sözlər: ,