03.02.2019

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə ekskursiya

Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə ekskursiyaya gediblər.

Şagirdlər muzeydə Azərbaycan və dünyanın qədim xalq çalğı alətləri və Azərbaycan bəstəkarlarının həyatı ilə tanış olublar. Onlara müzeyin tarixi və strukturu barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda bu muzeyin fondunda 5000-dən çox eksponat saxlanılır. Muzeydə saxlanılan eksponatların ən qədimləri XVIII əsrə aid edilən tütək və qoşa nağaradır.

Sonda şagirdlər muzeydə xatirə şəkli çəkdiriblər.


Açar sözlər: ,