04.02.2019

Şagirdlər Əlyazmalar İnstitutunu ziyarət ediblər

Fevralın 4-də Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət ediblər.

Burada şagirdlərər qorunan yazılı abidələr, onların mühafizəsi, bərpası, tədqiqi və nəşrə hazırlanması işi barədə geniş məlumat verilib. Daha sonra şagirdlər Əlyazmalar İnstitutunun ekspozisiya zalında olublar. Onlara institutun yerləşdiyi binanın tarixi haqqında, burada mühafizə olunan Şərq mütəfəkkirlərinin ən mühüm əsərlərinin əlyazmaları haqqında danışılıb.

Sonda şagirdlər xatirə kitabına ürək sözlərini yazıblar.


Açar sözlər: ,