26.03.2019

Şagirdlərimiz “Ölkəmizi tanıyaq” tur-aksiyasından geri dönüblər

Martın 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfərdə olan şagirdlər geri dönüblər.

Tur-aksiyanın iştirakçılarını Xırdalan şəhərindəki Heydər Əliyev Parkında təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri və valdeyinlər gül-çiçək dəstələri, zurna-balaban sədaları və rəqslərlə qarşılayıblar.

Şagirdlər tur-aksiya çərçivəsində Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü Astarada şəhər bulvarı, “Yanar bulaq” Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarı ilə tanış olub, çay plantasiyaları, sitrus meyvə bağları, “Astaraçay” çay fabrikinə baxış keçiriblər.

Həmin müddətdə şagirdlərimiz “Nə? Harada? Nə zaman?” bilik yarışmasında da iştirak edərək II və Masallıdakı “Asan Həyat” kompleksindəki “İntellektual Mərkəz”də keçirilən “Breyn-rinq” yarışmasında isə I yeri qazanıblar.

Şagirdlər cənub bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizin tarixi, mədəniyyəti barədə çox şey öyrəndiklərini bildiriblər.


Açar sözlər: ,