04.04.2019

“Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı”na yekun vurulub

Aprelin 4-də Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Masazır kənd 5 nömrəli tam orta məktəbdə “Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları məktəblərin idman sahəsində qazandıqları uğurları nümayiş etdirən sərgi ilə tanış olublar. Şagirdlər respublika və beynəlxalq səviyyəli turnirlərdə qazandıqları nailiyyətlər barədə ətraflı məlumat veriblər.

Daha sonra məktəbin idman zalında şagirdlər idman bacarıqlarını nümayiş etdiriblər. Onlar şahmat-dama yarışı, güləş, cüdo, karate, bədii gimnastika, basketboll, sıra hazırlığı və digər mərhələlərdə öz bacarıqlarını yoxlayıb, qüvvələrini sınayıblar.

Tədbirin sonunda aylıq çərçivəsində görülən işlər haqqında hesabat dinlənilib.


Açar sözlər: ,