03.04.2019

FAB Boya və Kimya Sənayesi MMC-ə ekskursiya

Aprelin 3-də Xırdalan şəəhər 1 nömrəli tam orta məktəbin şagirdləri "Kimya-biologiya aylığı" çərçivəsində FAB Boya və Kimya Sənayesi MMC-ə ekskursiya ediblər.

Ekskursiyanın məqsədi gənc nəslin maarifləndirilməsi, onların düzgün karyera seçiminə kömək etmək və və cəmiyyətin aparıcı qüvvəsinə çevrilmələri yönündə istiqamətləndirilmək olub.

Ekskursiya zamanı şagirdlərə məhsulların hazırlanma texnologiyası, tətbiq sahələri, qablaşdırma və sınaq prosesləri haqqında ətraflı məlumatlar verilib. Onlar plastik, elektrik və toz məhsulları istehsalı prosesi ilə əyani tanış olublar. Daha sonra şagidlər FAB Akademiyasının konfrans zalında öz təəssüratlarını bölüşüblər. Şagirdlərə şirkət rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.


Açar sözlər: ,