02.05.2019

“Kimya-biologiya fənn aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib

Aprelin 2-də Abşeron Rayon Təhsil Şöbəsini təşkilatçılığı ilə “Kimya-biologiya fənn aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, rayon məktəblərinin direktorları və təcrübəli müəllimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra rayonun kimya və biologiya müəllimlərinin hazırladıqları nümunəvi dərslər dinlənilib.

Dəyirmi masa formatında davam edən tədbirdə dinlənilən dərslər müzakirə olunub. Abşeron Rayon  Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova çıxış edərək, fənn aylıqlarının əhəmiyyətindən söz açıb. Bildirib ki, aylıqların keçirilməsində əsas məqsəd rayonunun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırmaq, fənlərin tədrisinin vəziyyətinin yüksəltmək, müəllim və şagirdlərin təlimə olan marağının artırmaq və qabaqcıl müəllimlərin iş təcrübəsini yaymaqdır.

Çıxışçılar aylıq çərçivəsində görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, aylıq müddətində fənn müəllimləri “Açıq dərs”lər təqdim edib, şagirdlər fənn bülletenləri ə divar qəzetləri hazırlayıb, məktəblərdə sərgilər təşkil olunub, kimya-biologiya guşələri yaradılıb, bilik yarışmaları və viktorinalar keçirilib. Həmçinin şagirdlərin Zoologiya muzeyinə, Zooloji parka, Polietilen zavoduna, , Nəbatət bağına, Neft Emalı Zavoduna ekskursiyaları təşkil olunub.


Açar sözlər: ,  ,