03.05.2019

"Dini fanatizm, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri" mövzusunda dəyirmi masa keçirilib

Mayın 3-də Mehdiabad qəsəbə 4 nömrəli  tam orta məktəbdə "Dini fanatizm, dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə əməkdaşları İsmayıl Cəfərov, Orxan Axundov, Küveyt Dövlətinin Azərbaycandakı Asiya Müsəlmanları Komitəsi Cəmiyyətinin müşaviri Hacı Taleh Hüseynov qonaq qismində iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına dini mövzuları əhatə edən video slayd göstərilib. Çıxışçılar İslam dinin dəyərlərindən, onun insanın mənəvi keyfiyyətlərinin zənginləşməsində rolu barədə geniş məlumat veriblər.

Tədbirdə həmçinin dövlətimizin multikultural dövlət kimi nümunə olmasından, din xadimlərinə göstərilən hörmət və ehtiramdan ətraflı danışılıb. Qeyd olunub ki, ölkəmizdə müxtəlif dini mənsubiyyətə malik vətəndaşların sərbəst şəkildə yaşaması üçün hər çür şərait yaradılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,