06.05.2019

Astel Quşçuluq Fabrikinə ekskursiya

Mayın 4-də Mehdiabad qəsəbə 4 nömrəli  tam orta məktəbin bir qrup IX- XI sinif şagirdiləri "Bütün peşələr gözəldir" layihəsi çərçivəsində Astel Quşçuluq Fabrikinə ekskursiyaya gediblər.

Şagirdlərə iş şəraiti, eləcə də əməkdaşların iş bölgüsü barədə geniş məlumat verilib. Bildirilib ki, məhsullar veterinar həkimlərin nəzarəti altında, gigyenik və sağlam şəkildə yetişdirilir. Məhsullar hazır olandan sonra laboratoriyada həmin məhsullardan bir-iki nümunə götürülür və yoxlamadan keçirildikdən sonra bazara çıxarılır.


Açar sözlər: ,  ,