07.05.2019

Şagirdlərimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıblar

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqənin nəticələrinə əsasən Abşeron rayonunun 2 şagirdi, Məmmədli kənd tam orta məktəbin X sinif şagirdi Səadət Vəliyeva I dərəcəli, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fidan Sultanova isə II dərəcəli diplomla təltif olunublar.

Qeyd edək ki, Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Müsabiqə Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə hər il ənənəvi olaraq keçirilir.


Açar sözlər: ,