10.05.2019

Ümummilli liderə həsr olunmuş tədbirlər

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Abşeron Rayon Təhsil Şöbəsi, Rayon İcra Hakimiyyəti, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

Tədbirlərdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirdiyini, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirdiyini bildiriblər. Həmçinin ulu öndərin irsinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb, müdrik rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Mühazirə, konfrans, seminar və “Dəyirmi masa”larda şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin fotostendlər və şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.       

Bir sıra məktəblərin şagird və müəllim kollektivləri Fəxri xiyabanı ziyarət ediblər.


Açar sözlər: ,  ,