08.05.2019

Şuşanın işğalı ilə əlaqədar anım tədbirləri keçirilib

Mayın 8-də Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Şuşanın işğalının iyirmi yeddinci ildönümü ilə əlaqədar anım tədbirləri, “dəyirmi masalar”, konfranslar keçirilib. Tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, məktəblərin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışçılar Şuşanın Ermənistan silahlı bölmələri tərəfindən işğal olunması, azərbaycanlılara qarşı törədilən soyqırımı barədə danışıb, Azərbaycanın əzəli torpaqlarının azad olunacağına inandıqlarını bildiriblər.

Tədbirlər çərçivəsində Şuşa şəhərinin tarixi, dağıdılmış mədəni və dini abidələrin əks olunduğu sənədli film və fotoslayd nümayiş etdirilib.

Məktəb şagirdləri Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.


Açar sözlər: ,  ,  ,