15.05.2019

"Təmiz Şəhər" ASC-ə ekskursiya

Mayın 15-də Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Balaxanı qəsəbəsində fəaliyyət göstərən "Təmiz Şəhər" ASC-ə ekskursiya ediblər. Ekskursiya plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında şagirdləri məlumatlandırmaq məqsədilə təşkil edilib.

Ekskursiyada şagirdlərə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri, eləcə də təkrar emalının əhəmiyyəti barədə ətraflı məlumat verilib, məişət tullantılarının çeşidlənməsi prosesi və bu prosesin kompyuterləşmiş idarəetmə forması əyani şəkildə göstərilib. Qeyd edilib ki, zavod alman texnologiyası əsasında çalışır və illik qəbul gücü 200 min ton tullantı təşkil edir.

Ekskusiyanın sonunda şagirdləri maraqlandıran sualar cavablandırılıb.


Açar sözlər: ,  ,