15.05.2019

“Bütün dünyaya örnək lider Heydər Əliyev” adlı tədbir keçirilib

Mayın 15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci il dönümü və Beynəlxalq Ailə Günü münasibətilə Xırdalan şəhər Mədəniyyət Evində “Bütün dünyaya örnək lider Heydər Əliyev” adlı tədbir keçirilib. Tədbir Abşeron Rayon Təhsil Şöbəsinin və Abşeron Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin oxunması ilə açıq elan edilib. Çıxışçılar Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyevin cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın ailə problemlərinin həlli istiqamətində gördüyü işlərdən söz açıblar. Bildirilib ki,  bugünki gündə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə və proqramlar Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.

Daha sonra tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.


Açar sözlər: ,