23.05.2019

Məktəb rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib

Mayın 23-də Abşeron Rayon Təhsil Şöbəsində rayonun ümumtəhsil müəssisələrinin direktorları, direktor müavinləri və psixoloqlar ilə müşavirə keçirilib.

Müşavirənin keçirilməsində əsas məqsəd məktəb rəhbərlərini Azərbaycan Respublikası təhsil nazirinin “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə” əmri haqqında məlumatlandırmaq olub.

Müşavirədə ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin yaradılması, sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraitinin təşkili, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, təhsilalanların hər hansı fiziki  və psixoloji zorakılıq hallarından qorunması kimi mövzulara toxunulub.

Tədbirin sonunda məktəb rəhbərlərinə əmrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.


Açar sözlər: ,  ,