14.06.2019

Abşeron məktəblərində “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Abşeron məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

Tədbirlərdə Abşeron Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun digər idarə və təşkilatlarından qonaqlar, ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Abşeron rayon ümumtəhsil məktəblərinin IX siniflərini 3657 nəfər, XI siniflərini 2387 nəfər şagird bitirib. 2019-2020-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz isə 6681 nəfərdir.


Açar sözlər: ,  ,  ,